Xəzər Xəbər

Bakıda ağacların dibinə tökülən beton təmizlənib - FOTO

Cəmiyyət | 19:15 • 9 Sentyabr 2020
Bakıda ağacların dibinə tökülən beton təmizlənib -

Sentyabrın 8-də sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.


Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, ağacların dibi betondan təmizlənib, onlara su verilib və ərazi nəzarətə götürülüb.


Bu barədə xezerxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Xəbər lenti