Xəzər Xəbər

Almaniya məktəblərində onlayn-tədris özünü doğrultmayıb

Cəmiyyət | 18:21 • 9 Sentyabr 2020
Almaniya məktəblərində onlayn-tədris özünü doğrultmayıb

Bu yaxınlarda aparılan tədqiqatların nəticələrinə görə distant formada aparılan tədrisə orta hesabla hər on almaniyalı məktəblidən yalnız biri öyrəşə bilib.


Reprezentativ sorğu bütün Avropa İttifaqı məkanı üzrə aparılıb. Koronavirus böhranı şəraitində alman şagirdləri üçün onlayn-tədrisə keçid onların digər ölkələrdə yaşayan həmyaşıdları ilə müqayisədə daha çətin olub. Tətbiq edilən təhsil sistemlərinin birbaşa müqayisəsində Almaniya sonuncu yerdə olub. Bu ölkədə 10 şagirddən yalnız biri distant tədrisə tam öyrəşə bilib.


Rəyi soruşulan valideynlərin hər beş nəfərindən biri onların uşaqları üçün onlayn-dərslərin faydası ilə bağlı fundamental skeptisizm ifadə edib. Üstəlik, valideynlərin fikrincə, onlayn-dərslər zərərlidir. (AZƏRTAC)

Xəbər lenti