Xəzər Xəbər

Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb

Cəmiyyət | 17:41 • 8 Sentyabr 2020
Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb

2019-cu ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 5426 nəfər olub.


Xezerxeber.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, onların 2941 nəfərini bakalavriat, 537-ni magistratura, 921 nəfəri tam orta ixtisas bazası, 1027 nəfərini isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 248 nəfər olub. Onlardan 84 nəfəri bakalavriat, 22 nəfəri tam orta ixtisas bazası, 142 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.


Akademik borca görə xaric edilən tələbələrin sayı 559 nəfər təşkil edib. Onlardan 278 nəfəri bakalavriat, 25 nəfəri magistratura, 105 nəfəri tam orta ixtisas bazası, 151 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Xəbər lenti