Xəzər Xəbər

Məleykə Abbaszadə: Bu il plan yerlərinin sayı 1,79 faiz artıb

Cəmiyyət | 15:49 • 8 Sentyabr 2020
Məleykə Abbaszadə: Bu il plan yerlərinin sayı 1,79 faiz artıb

"2020-ci ildə I qrupda imtahan verən 28842 nəfərdən 58,9 %-i müsabiqəyə buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27927 nəfər iştirak edib, onlardan 57 faizi imtahana buraxılıb”.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb: "Müsabiqəyə subbakalavrlar da qatılır, bu il 17 min subbakalavr sənəd verib. I qrupa 5179 nəfər, II qrupa 5240, III qrupa 2853, IV qrupa 1609 nəfər əlavə olunacaq".


M. Abbaszadə qeyd edib ki, ötən illə bu ili müqayisə edəndə I qrupda qəbul planları 299 yer azalıb, bu, 1,96% edir: "II ixtisas qrupunda qəbul planları 381 yer azalıb, bu da 2,69% deməkdir. III qrupda qəbul planları 1015 artırılıb, bu da təxminən 9 faiz edir, IV ixtisas qrupu üzrə plan yerləri 390 yer artıb, keçən ilki ilə müqayisədə bu, 10 faiz artımdır. Qabiliyyət tələb edən V ixtisas qrupunda 371 qəbul planı var ki, bu da 133 yer artım deməkdir. Bu il ümumi plan yerləri 1,79 faiz artıb. Bu da 858 yer təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı isə 8 faizə yaxın artıb”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
524 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti