Xəzər Xəbər

Bu şəxslər virusa ikinci dəfə yoluxmayacaq - İnfeksionist

Cəmiyyət | 16:58 • 13 Avqust 2020
Bu şəxslər virusa ikinci dəfə yoluxmayacaq - İnfeksionist

İnfeksionist-hepatoloq Mərdan Əliyev Azərbaycanda SARS-CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə həyata keçiriləcək seroloji testlərin əhəmiyyətindən söz açıb.


Həkim Publika.az-a açıqlamasında bildirib ki, seroloji testlərin tətbiq edilməsi məsələsi çoxdan gündəmdə idi:


"Pandemiyanın əvvəllərində həkimlər insanların kütləvi şəkildə seroloji müayinələrdən keçməsi məsələsini təklif etmişdi. Bu, bizə nə qədər insanın koronavirusa yoluxması və immunitet qazanması barədə məlumat əldə etməyə imkan verəcək. Sözsüz ki, xəstəliyin sonrakı mərhələləri və ya ikinci dalğa üçün proqnoztik əhəmiyyət daşıyır. Əldə edilən nəticələr əsasında xəstəliyin sonrakı gedişi barədə məlumat öyrənmək mümkün olacaq. Bu mənada seroloji testlər əhəmiyyət kəsb edir.



Seroloji testlərdə immunoqlobulin C və M yoxlanılır. İmmunoqlobulin C pozitiv olanlar immunitet qazanmış hesab olunur. Deməli, bu insanlar virusa ikinci dəfə yoluxmayacaq, yoluxsa belə xəstəliyi daha yüngül keçirəcək.


Testlərin kütləvi şəkildə tətbiq olunması nəzərdə tutulsa da, ilk növbədə aktiv əhali qrupuna daxil olan həkimlər, polislər, jurnalistlərin bu testdən keçməsi daha məqsədəuyğun hesab olunur. Virusa yoluxanların əsas hissəsi həkimlər, polislər və mətbuat işçiləri idi. Odur ki, əhali ilə təmasda olan qrupun etməsi tövsiyə olunur”.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti