Xəzər Xəbər

Sərnişinlərin nəzərinə: balansınızı buradan da artıra biləcəksiniz

Cəmiyyət | 17:30 • 11 Avqust 2020
Sərnişinlərin nəzərinə:

11 avqust tarixindən metronun "Gənclik" stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.


BNA-dan XəzərXəbər-ə verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "Gənclik" stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.


Bildirilir ki, sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş olunur. Tövsiyə edilir ki, "BakıKart"ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Xəbər lenti