Xəzər Xəbər

Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir

Cəmiyyət | 19:12 • 7 Avqust 2020
Naxçıvanda İLK DƏFƏ - Çimərlik futbolu yarışı keçirilir

Çimərlik futbolu üzrə ilk Naxçıvan Muxtar Respublika çempionatına start verilib.


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı, "Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda 12 komanda iştirak edir.


Uzunoba gölü ətrafında yeni inşa olunan çimərlik futbolu meydançasında keçirilən ilk muxtar respublika çempionatında komandalar 4 qrupda mübarizə aparır. Dairəvi sistemlə oynanılacaq oyunlardan sonra hər qrupun ən yaxşı nəticəni göstərəcək 2 komandası 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələdə komandalar bir görüşdən ibarət oyun keçirəcək və növbəti mərhələyə addımlayacaq. Yarımfinalda qalib olan komandalar isə finalda mübarizə aparmaq hüququ əldə edəcək. Bu mərhələdə məğlub olan komandalar bürünc medal uğrunda meydana çıxacaqlar.


Çempionat bir ay davam edəcək.


Çempionatın artıq iki oyunu keçirilib. İlk görüşdə meydana "Prestij” və "Badamlı” komandaları çıxıb. Görüş "Badamlı” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda "Batabat” və "Aralıq” komandaları üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən "Aralıq” komandası meydanı qələbə ilə tərk edib – 9:3.


Bu gün çempionat "C” və "D” qrupunun iki oyunu ilə davam edəcək. Belə ki, əvvəlcə saat 18:15-də meydana "Panter” və "Hava Limanı” komandaları çıxacaq. Saat 19:15-də isə "Antiinhisar” - "Yaycı” görüşü keçiriləcək.(AzərTAc)

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti