Xəzər Xəbər

“Baktelecom”dan yenilik: Fərdi yaşayış evləri optik xətlərlə təmin edilir

Cəmiyyət | 17:22 • 5 Avqust 2020
“Baktelecom”dan yenilik:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) "Evədək optika” layihəsinin əhatə dairəsinə fərdi yaşayış evlərini də daxil edib.


XəzərXəbər xəbər verir ki, artıq həyət evlərinin sahibləri də fiber-optik xətlərin verdiyi üstünlüklərdən yararlana biləcəklər.


Yeni telekommunikasiya infrastrukturu Biləcəri qəsəbəsində yerləşən Xudadat bəy Məlikaslanov küçəsində yaradılıb. Sakinlər optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri, eləcə də bu xidmətləri dəstəkləyən pulsuz modemlərlə təmin ediliblər.


Daha çox sakinə xidmət göstərilməsi məqsədilə yaxın zamanda qəsəbənin bütün ərazisinin fiber-optik xətlərlə təchiz olunması nəzərdə tutulur.


Eyni zamanda "Evədək optika” layihəsinin Bakıətrafı ərazilərdə də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Baktelecom” tərəfindən bir çox fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə optik infrastruktur qurulur.


Qeyd edək ki, layihə GPON (Gigabyte Passive Optical Network - Qiqabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir. Texnologiya eyni vaxtda bir fiber-optik xətt üzərindən bir neçə rəqəmsal xidmətin abunəçinin evinə ötürülməsinə imkan yaradır.




Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti