Xəzər Xəbər

Həcc ziyarəti zəvvarların minimal iştirakı ilə keçir - FOTO

Cəmiyyət | 09:21 • 30 İyul 2020
Həcc ziyarəti zəvvarların minimal iştirakı ilə keçir -

Səudiyyə Ərəbistanında yerləşən müqəddəs Məkkə şəhərinə müsəlmanların Həcc ziyarəti başlayıb.


Pandemiya uzun müddətdir davam edən qaydalara sərt düzəlişlər etdi və tarixdə ilk dəfə olaraq həcc ziyarəti ciddi sanitar nəzarət şəraitində hacıların minimal iştirakı ilə reallaşır.


Əvvəlki illərdəki kimi 2 milyona yaxın xarici vətəndaş da daxil olmaqla 3 milyona qədər müsəlmanın Həcc ziyarətində olduğundan fərqli olaraq, bu il ziyarətdə yalnız 10 min müsəlman - 30 faizi krallıq vətəndaşları, qalan 70 faizi bu ölkədə yaşamaq izni olan əcnəbilər islamın əsas əmrlərindən birini yerinə yetirmək hüququnu alıblar. Bölgədə koronavirusa yoluxanların sayına görə birinci yerdə olan Səudiyyə Ərəbistanı xaricdən giriş üçün sərhədlərini bağlayıb.


Bütün xarici sakinlər rəsmi portalda əvvəlcədən qeydiyyatdan keçməli olublar ki, bunun əsasında səlahiyyətlilər, xroniki xəstəlikləri olmayan, əvvəlcədən Həcc etməyən və karantin müddətinə tab gətirməyə hazır olan, 20-50 yaş arası insanlara üstünlük verərək zəvvarları seçiblər. Qeyd edilir ki, icazələr krallıqda yaşayan 160 millətin nümayəndələrinə verilib. Onların arasında koronavirus keçirən həkimlər də var.


Bildirilir ki, təhlükəsizlik qüvvələri xüsusi icazəsiz Həcc ziyarətinə getməyə çalışan 224 nəfəri saxlayıb.


Məkkəyə getdikdə bütün zəvvarlar karantindən keçməlidirlər. Həcc ziyarətindən qayıtdıqdan sonra evdə də onları iki həftəlik karantin gözləyir.


Qeyd edək ki, Səudiyyə Ərəbistanında 270 min koronavirusa yoluxma halı qeydə alınıb, təxminən üç min nəfər dünyasını dəyişib.


XIX əsrdə də Həcc ziyarəti epidemiyaların yayılması səbəbindən bir neçə dəfə ləğv edilib. (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti