Xəzər Xəbər

Aktaudan daha 30 Azərbaycan vətəndaşı təxliyə edilib

Cəmiyyət | 09:03 • 30 İyul 2020
Aktaudan daha 30 Azərbaycan vətəndaşı təxliyə edilib

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Qazaxıstanda müəyyən səbəblərdən qalan daha 30 həmyerlimiz vətənə yola salınıb.


Azərbaycanın Aktaudakı Baş konsulluğundan verilən məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.


Qeyd edək ki, bundan əvvəl Baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 77 nəfər artıq vətənə göndərilib.


Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir. Növbəti qrupun da mərhələli şəkildə Azərbaycana yola salınması nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti