Xəzər Xəbər

Buraxılış imtahanları ilə əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

Cəmiyyət | 10:26 • 29 İyul 2020
Buraxılış imtahanları ilə əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

Paytaxtda 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.


Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur: "İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır. Bu məqsədlə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub".

Xəbər lenti

Çox oxunanlar