Xəzər Xəbər

E-sosial portalının aktiv istifadəçilərinin sayı 666 minə çatıb

Cəmiyyət | 11:59 • 23 İyul 2020
E-sosial portalının aktiv istifadəçilərinin sayı 666 minə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin geniş funksional imkanlara malik "e-sosial” internet portalına ictimai maraq artmaqda davam edir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, bunun göstəricisi kimi, bu ilin yanvar-iyun aylarında portalın aktiv istifadəçilərinin sayı artaraq 666 minə çatıb.


Nazirliyin innovativ nailiyyətlərindən olan e-pensiya, e-müavinət və e-təqaüd sistemləri vətəndaşlara 2 növdə pensiya, 19 növdə müavinət-təqaüd təyinatını onların müraciəti, nəticədə məmur-vətəndaş təması olmadan, proaktiv qaydada aparmağa imkan yaradıb. Bu e-sistemlər vasitəsilə bu ilin 6 ayında 53 min nəfərə, ümumilikdə ötən dövrdə isə 85,1 min nəfərə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

15 növdə e-arayış xidməti vasitəsilə bu ilin ilk yarımilində 324 min insana elektron qaydada arayışlar verilib, e-SSN xidməti vasitəsilə 120 min şəxsə isə elektron qaydada fərdi hesab açılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti