Xəzər Xəbər

Gürcüstanda olan daha 175 Azərbaycan vətəndaşı təxliyə edilib

Cəmiyyət | 17:06 • 22 İyul 2020
Gürcüstanda olan daha 175 Azərbaycan vətəndaşı təxliyə edilib

Azərbaycanın Gürcüstandakı səfirliyi ölkə vətəndaşlarının Gürcüstandan növbəti təxliyəsini həyata keçirib.


Gürcüstandan təxliyə olunan şəxslər Tbilisidə koronavirusla bağlı test olunublar.


Onlara COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib. İyulun 22-də 175 nəfər səfirliyin qarşısından xüsusi avtomobillərlə "Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yola salınıb.


Azərbaycan səfirliyinin məsul əməkdaşları vətəndaşların növbəli şəkildə sərhədi keçmələrini təmin edib.


Vətəndaşların bəziləri şəxsi avtomobillərində Azərbaycan ərazisinə daxil olub.


Ölkə ərazisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək. Sonra onlar 14 gün ərzində karantin rejimində olacaqlar.


Qeyd edək ki, Azərbaycan səfirliyi bundan əvvəl də 300-dən çox vətəndaşımızın Gürcüstandan Vətənə qayıtmasını təmin edib.

Xəbər lenti