Xəzər Xəbər

Milli mətbuatımızın 145 illiyi münasibətilə poçt markası hazırlanıb

Cəmiyyət | 11:21 • 22 İyul 2020
Milli mətbuatımızın 145 illiyi münasibətilə poçt markası hazırlanıb

Prezident İlham Əliyev bu il iyunun 30-da "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Prezident Administrasiyası tərəfindən sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş Tədbirlər Planı əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərmarka” MMC milli mətbuatımızın 145 illiyi münasibətilə bu gündən etibarən poçt markası dövriyyəyə buraxır.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə gedən əkinçi təsvir olunub. "Zəmi” üzərində böyük mаarifçi, nаşir Həsən bəy Zərdаbiyə məxsus sitatdan bir hissə yerləşdirilib.


Poçt markasının əsas ideyası milli mətbuatımızın inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy Zərdabi tərəfindən səpilməsini göstərmək, Azərbaycan mətbuatının banisinə diqqəti cəlb etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə ötürməkdir.


"Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış marka 5 min tirajla Belarusun "Bobruisk Integrated Printing House” mətbəəsində çap olunub. Eyni zamanda, 200 ədəd Birinci gün zərfi hazırlanıb.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti