Xəzər Xəbər

Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Cəmiyyət | 11:16 • 22 İyul 2020
Sabah 16 mindən çox şagird buraxılış imtahanı verəcək

Sabah Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış imtahanları keçiriləcək.


DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahanlarda 16 min 52 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.


İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır.


Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xəbər lenti