Xəzər Xəbər

Sabah Bakıda dezinfeksiya işləri aparılacaq

Cəmiyyət | 09:30 • 17 İyul 2020
Sabah Bakıda dezinfeksiya işləri aparılacaq

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah - iyulun 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.


Bu barədə xezerxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.


"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar