Xəzər Xəbər

Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb

Cəmiyyət | 18:14 • 6 İyul 2020
Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb

Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.


"Azərsu” ASC-dən xezerxeber.az-a bildirilib ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Xəbər lenti