Xəzər Xəbər

Prokurorluq orqanları sosial şəbəkələrdə işi gücləndirib

Cəmiyyət | 17:12 • 6 İyul 2020
Prokurorluq orqanları sosial şəbəkələrdə işi gücləndirib

Prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların ictimaiyyətə, o cümlədən kütləvi informasiya vasitələrinə operativ şəkildə çatdırılmasını təmin etmək üçün "Facebook”, "Instagram”, "Twitter”, "YouTube”, "Telegram” və "LinkedIn” sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib. Bununla əlaqədar hazırlanmış xüsusi videoçarx Baş Prokurorluğun mətbuat xidməti tərəfindən paylaşılıb- (Videoçarxı https://youtu.be/MgNjFYqUp7M keçidi vasitəsilə izləmək mümkündür).


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, həmin səhifələrdə prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ qaydada paylaşılacaq. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi işləri davam etdirilir.


Qeyd edək ki, məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media da əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və fəal sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir. Məhz bu baxımdan prokurorluğun da fəaliyyəti ilə bağlı məlumatların sosial media hesablarında daha geniş yayılması ictimaiyyətin operativ şəkildə maarifləndirilməsi işinə mühüm töhfə verəcək.


Xəbər lenti