Xəzər Xəbər

"Fairmont"da keçirilən əməliyyatdan sonra jurnalistləri təhqir edən şəxs həbs edilib

Cəmiyyət | 14:25 • 6 İyul 2020
"Fairmont"da keçirilən əməliyyatdan sonra jurnalistləri təhqir edən şəxs həbs edilib

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" otelində istirahət edən zaman jurnalistləri təhqir edən, 1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.

İ. Babayev barəsində toplanan materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.


İ.Babayev məhkəmənin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.


Bakı şəhər Baş Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.


Qeyd edək ki, İsmayıl Babayev ötən gün "Fairmont Baku" otelində keçirilən əməliyytdan sonra özünün "instagram”ında jurnalistləri təhqir edib.


"Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", - deyə o, "İnstagram” hesabında paylaşdığı videoda bildirib.



Qeyd edək ki, İ. Babayev iş adamı Fətulla Babayevin oğludur.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti