Xəzər Xəbər

Bakıda dörd yeni doğulmuş körpə həkimlərdən COVID-19-a yoluxdu - AÇIQLAMA

Cəmiyyət | 14:11 • 4 İyul 2020
Bakıda dörd yeni doğulmuş körpə

"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.


XəzərXəbər xəbər verir ki, bunu şöbə müdiri Aygün Rüstəmxanlı deyib.


Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması, metodların tətbiqi ilə bağlı həkimlər təlimatlandırılıb:


"COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, dördü isə digər klinikalardan köçürülənlərdir. Dörd körpənin klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.


A.Rüstəmxanlı qeyd edib ki, klinikada dünyaya gələn 12 körpənin heç birində koronavirus infeksiyasına yoluxma halı aşkar olunmayıb:


"Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və infeksiya onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
538 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti