Xəzər Xəbər

Əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərinə qəbulu məsələsinə aydınlıq gətirilib

Cəmiyyət | 17:12 • 1 İyul 2020
Əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərinə qəbulu məsələsinə aydınlıq gətirilib

Azərbaycanda universitetlərə əcnəbi tələbələrin qəbulu məsələsində muxtariyyət verilib.


Bunu 2019-2023-cü il Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov deyib.


Onun sözlərinə görə, əcnəbi tələbələrin yerli ali məktəblərə qəbulu Naziklər kabinetinin 125 saylı qərarı ilə tənzimlənir:


"Bu qaydalara uyğun olaraq, hər bir universitetə əcnəbi tələbələrin qəbulu ilə bağlı muxtariyyət verilib. Onlar hazırlıq səviyyəsinə sənəd qəbulunu istədiklərini vaxt həyata keçirə bilərlər. lakin bakalavr səviyyəsinə hər il sentyabrın 30-dək qəbul aparılmalı və bu barədə Təhsil Nazirliyinə məlumat verilməlidir”.

Xəbər lenti