Xəzər Xəbər

Pandemiya məişət zorakılığı hallarının artmasına təsir edib

Cəmiyyət | 16:48 • 30 İyun 2020
Pandemiya məişət zorakılığı hallarının artmasına təsir edib

İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyesin onlayn görüşü keçirilib.


Komitədən xezerxeber.az-a bildirilib ki, komitə sədri Bahar Muradova ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verərək, media nümayəndələri üçün nəzərdə tutulan xüsusi layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. B. Muradova Azərbaycan Respublikasının "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını (Lanzarote) ratifikasiya etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bildirib ki, Konvensiyanın təsdiqi uşaqlara qarşı törədilən seksual xarakterli cinayətlərin qarşısının alınmasında, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsində və zərər çəkmiş uşaqların müdafiəsində irəliyə doğru atılmış böyük bir addımdır. O, eyni zamanda 2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın qəbul edilməsi və bu istiqamətdə milli fəaliyyət planın hazırlanması ilə bağlı hazırda görülən işləri diqqətə çatdırıb.


Komitə sədri COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsirini qeyd edərək, bildirib ki, zorakılıq faktları ilə bağlı Komitəyə daxil olan müraciətlər araşdırılır və hər bir fakt üzrə ayrıca keyslər açılaraq müvafiq tədbirlər görülür. Komitə sədri qadınların ədalət mühakiməsinə çıxışı, məhkəmə proseslərində iştirakı məsələsinə toxunaraq, bu istiqamətdə Avropa Şurasının icra etdiyi layihələrinin əhəmiyyətini qeyd edib.


Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışında ölkəmizlə olan əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın davamlı olmasının mühüm olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində hər cür imkanlar yaradılıb, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün vacib işlər görülüb.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti