Xəzər Xəbər

Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb olunurlar - FOTO

Cəmiyyət | 12:52 • 27 İyun 2020
Karantin qaydalarını pozanlar məsuliyyətə cəlb olunurlar -

Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda hərəkət iştirakçıları arasında profilaktik tədbirlər davam etdirilir.


Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a bildiriblər ki, sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, müvafiq icazə olmadan hərəkət edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar.


Diqqətə çatdırılır ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hərəkət iştirakçıları sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskalardan istifadə etməlidir. Hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Xəbər lenti