Xəzər Xəbər

Bəhram Bağırzadənin son vəziyyəti açıqlandı

Cəmiyyət | 10:42 • 27 İyun 2020
Bəhram Bağırzadənin son vəziyyəti açıqlandı

Bəhram Bağırzadənin son vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir, lakin ağır olaraq qalır.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəbər lenti