Xəzər Xəbər

Buraxılış imtahanlarının keçiriləcəyi məktəblər dezinfeksiya edilib

Cəmiyyət | 15:17 • 17 İyun 2020
Buraxılış imtahanlarının keçiriləcəyi məktəblər dezinfeksiya edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun 2020-ci il tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.


DİM-dən xezerxeber.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib.


Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb. 

Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.


İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti