Xəzər Xəbər

Həyat yoldaşından Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 10:41 • 17 İyun 2020
Həyat yoldaşından Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA

"Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir”.

Bunu açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O, aktyorun sağlamlıq vəziyyəti ilə bağlı heç bir irəliləyişin olmadığınıbildirib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirusa yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

B.Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Xəbər lenti