Xəzər Xəbər

Professordan xəbərdarlıq: "Bədəndə bu əlamət baş verirsə..."

Cəmiyyət | 09:53 • 17 İyun 2020
Professordan xəbərdarlıq: "Bədəndə bu əlamət baş verirsə..."

Soyuq əl və ayaqlar zəifləmiş immunitetin əsas əlamətlərindən biri ola bilər.

Xarici mətbuat xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi, professor Svetlana Trofimova "Rossiya 1” telekanalına müsahibəsində deyib.

"Qan dövranının belə pisləşməsi müxtəlif yoluxucu xəstəliklərin başlanğıcında baş verir. Çünki qan həcminin yenidən bölünməsi baş verir, o, həyati vacib orqanları daha çox qidalandırmağa başlayır”, - deyə həkim izah edib.

Həkimin sözlərinə görə, zəif immunitetin digər əlaməti konyunktivit, gözlərin qızarması və ya quruması, apatiya və daimi yorğunluq sayıla bilər.

Həkimlər virus və ya bakterial xəstəliyin öskürək, asqırma kimi başqa əlamətləri yaranarkən immunoqram etdirməyi (immun sistemin vəziyyətinin təhlili) məsləhət görüb./publika.az

Xəbər lenti