Xəzər Xəbər

Koronavirusa qarşı daha effektiv dərman vasitəsi tapılıb

Cəmiyyət | 18:17 • 16 İyun 2020
Koronavirusa qarşı daha effektiv dərman vasitəsi tapılıb

Aşağı dozalı "Deksametazon” dərman vasitəsi yeni növ koronavirus infeksiyasının (COVID-19) müalicəsində daha effektivdir.


APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyadan olan tibb mütəxəssisləri bildiriblər.


Dərmanla bağlı artıq beynəlxalq sınaqlara başlanılıb.


Bildirilib ki, dərman vasitəsi vəziyyəti ağır olan və süni tənəffüs aparatlarına qoşulan xəstələrin ölüm riskini üçdə birə qədər, oksigen balonuna qoşulanlar üçün isə ölüm riskini 1/5-ə qədər azaldır.


Tədqiqatçıların sözlərinə görə, əgər adıçəkilən dərman vasitəsi Britaniyada pandemiyanın başlanğıcından bəri xəstələrin müalicəsində istifadə edilsəydi, 5000 nəfərədək insanın həyatını xilas etmək olardı.


"Bu, həm Britaniyada, həm də dünyada COVID-19-a yoluxmuş xəstələri uğurla müalicə etmək üçün yeni yollar axtarışında böyük bir irəliləyişdir. Bu andan etibarən xəstəxanalarda oksigen balonları və ya süni tənəffüs aparatlarına qoşulan insanların sağalması üçün bu dərmanı istifadə edirik”, - deyə Britaniyanın Milli Səhiyyə Xidmətinin tibb direktoru, professor Stephen Povis deyib.


Mütəxəssislər onu da bildiriblər ki, "Deksametazon” dərman vasitəsinin tətbiqi koronavirus xəstələrinin sayı çox olan yoxsul ölkələrdə çox faydalı ola bilər.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti