Xəzər Xəbər

İdman zalları niyə açılmır? Maska ilə məşq vaxtı ölənlər var...

Cəmiyyət | 15:36 • 16 İyun 2020
İdman zalları niyə açılmır?

Karantin rejimi xeyli yumşaldılsa da, həttaticarət mərkəzləri belə açılsa da, idman zalları uzun müddətdir ki bağlı qalıb. Koronavirusa yoluxanların sayını nəzərə alsaq, yaxın aylarda da zalların açılması gözlənilmir.

İdman zalları təkcə Azərbaycanda yox, yüzlərlə ölkədə bağlı olaraq qalır. Bunun səbəblərindən biri isə məşq zamanı tibbi maskadan istifadənin ölümlə nəticələnmə ehtimalının olmasıdır.

Tibbi maska ilə məşq etmək ölümlə nəticələnə bilər.

Bunu ekspert, Hertfordşir Universitetinin İdman və sağlamlıq psixologiyası üzrə mühazirəçisi Lindsay Bottoms deyib. Obildirib ki, məşq zamanı tibbi maska taxmağınqəbul edilən oksigen miqdarına təsir etməsi səbəbindən bu, faciə ilə nəticələnə bilər.

"Biz ağır məşqlər edən zaman əzələlərimiz laktik turşu ifraz edir və bu dayanma hissi verərək tənəffüs orqanları vasitəsi ilə karbon dioksid şəklində bədəndən xaric olunur. Ammamaska taxan zaman bu hava maskada qalır", - obildirib.

Qeyd edək ki, Çində iki yeniyetmətibbi maskayla məşq etdiyinə görə ölüb.

Maskasız məşq etmək isə yoluxma sayının artmasına səbəb ola bilər. Çünkiidman zalları xeyli insanın bir alətdən istifadə etdiyi məkanlardandır.

Buna baxmayaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 may 2020-ci il tarixli qərarına əsasən, Azərbaycanda açıq havada idman yarışlarının keçirilməsinə,idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib./Milli.Az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti