Xəzər Xəbər

Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində nə etməlidir? RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 19:44 • 12 İyun 2020
Etibarnamə ilə avtomobil sürənlər sərt karantin günlərində nə etməlidir?

"Etibarnamə ilə avtomobil idarə edən şəxslər sərt karantin günlərində həmin nəqliyyat vasitəsindən istifadə edə bilərlər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, qanunvericiliyə görə, etibarnamə ilə nəqliyyat vasitəsini idarə etməyə icazəverilir:

"Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir. Adına avtomobil olan, lakinsürücülük vəsiqəsi olmayan şəxs maşını idarə edə bilməz. Belə bir fakt aşkarlanarsa, bu, karantin qaydalarının pozulması hesab ediləcək”.

Xəbər lenti