Xəzər Xəbər

Bakıda iki kafenin sahibi cərimələnib - FOTO

Cəmiyyət | 10:24 • 11 İyun 2020
Bakıda iki kafenin sahibi cərimələnib -

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb.


Xezerxeber.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsi, Post Patrul Xidməti və 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayırı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində "Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində "Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.


Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, "Şuşa” kefesinin icarədarı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Xəbər lenti