Xəzər Xəbər

Koronavirusa qarşı preparatın klinik sınaqları başlayıb

Cəmiyyət | 12:54 • 10 İyun 2020
Koronavirusa qarşı preparatın klinik sınaqları başlayıb

Sinqapurlu alimlər yeni növ koronavirusla mübarizədə istifadə olunması nəzərdə tutulan TY027 immun preparatının klinik sınaqlarına başlayır.


Xezerxeber.az xəbər verir ki, bu barədə preparat üzərində çalışan "Tychan” kompaniyası məlumat yayıb. "Altı həftə davam edəcək tədqiqatların ilk fazasına 23 sağlam insan qatılacaq. Bu etap uğurlu alınsa, növbəti mərhələdə sınaqlara daha çox könüllü, o cümlədən koronavirus infeksiyasına yoluxmuş şəxslər də cəlb olunacaq”, - deyə kompaniyadan bildiriblər.


TY027 preparatının əsasını laboratoriya şəraitində əldə olunan və SARS-CoV-2 törədicilərinə təsir göstərə bilən monoklonal anticisimlər təşkil edir. Sinqapur Milli Universitetinin nəzdində fəaliyyət göstərən tibb məktəbinin professoru Oy N İnin sözlərinə görə, preparat həm də çoxsaylı infeksiya xəstəliklərinə qarşı mübarizədə istifadə oluna bilər.


Preparat üzərində çalışmalarda Müdafiə və Səhiyyə nazirliklərinin, həmçinin İqtisadi İnkişaf Şurasının ekspertləri də iştirak edirlər.

Xəbər lenti