Xəzər Xəbər

Alimlər pəhriz barədə rəvayətləri alt-üst etdilər

Cəmiyyət | 17:42 • 9 İyun 2020
Alimlər pəhriz barədə rəvayətləri alt-üst etdilər

Baka Yaşlanma Tədqiqatları İnstitutunun (ABŞ) alimləri pəhrizin sağlamlıq və ömrü uzatmaq üçün universal yol olduğu barədə məşhur teoremi təkzib edib.

Xarici mətbuat xəbər verir ki, araşdırma müəlliflərinin məqaləsi "Current Biology” jurnalında dərc edilib.

Tədqiqatçılar 160 fərqli meyvə həşəratının genomunu təhlil edib, ümumilikdə təcrübəyə 50 min böcək cəlb edilib. Orqanizmdə kalori qəbulunun məhdudlaşdırılması orta hesabla ömrü artırsa da, xətlərin yalnız yarısına ciddi müsbət təsir göstərib. Xətlərin 13 faizindəki böcəklər daha enerjili olub və daha əvvəl ölüb, 5 faiz daha uzun yaşayıb, amma sağlamlıqları zəifləyib və 32 faizində nəzərə çarpan dəyişiklik olmayıb.

Alimlərin fikrincə, nəticələr qida məhdudiyyətinin əvvəllər düşünüldüyü kimi təsir etmədiyini göstərir. Bəzi insanların pəhriz sayəsində daha uzun yaşamaları mümkündür, digərləri isə yaşa bağlı xəstəliklərdən daha tez əziyyət çəkəcək. Bu, müxtəlif amillərə təsir edən genetik fondan asılıdır. Bu yalnız pəhrizlərə deyil, dərmanlara da aiddir. Faktorun orqanizmə təsirini öncədən təxmin etmək üçün konkret müdaxilə reaksiyası vasitəsilə xüsusi biomarkerlər müəyyən etmək olar./Publika.az

Xəbər lenti