Xəzər Xəbər

Günorta yuxusunun hansı faydaları var?

Cəmiyyət | 16:09 • 9 İyun 2020
Günorta yuxusunun hansı faydaları var?

Mütəxəssislərin fikrincə, nahardan sonra 10-20 dəqiqə müddətində qısamüddətli yuxu qəbul etmək fikirlərinizi təzələmək və enerjinizi artırmaq üçün kifayətdir.

XəzərXəbər xəbər verir ki, ekspertlərin sözlərinə görə, nahardan sonra qəbul etdiyimiz yuxu yaddaşı gücləndirir.

İki növ yuxu var. Bu yuxular şüur səviyyəsinə görə dəyişir. Birincisi, Non-REM, ikincisi REM yuxu adlanır.

Non-REM yuxu 4 mərhələdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarıyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlərdə bədənimiz, beynimiz gün ərzində keçirdiklərimizdən dincəlir. Buna bəzən "delta” yuxusu da deyirlər. Bu müddət ərzində heç bir röya görmürük. Araşdırmalara görə, REM yuxusu psixoloji gərginliyi azaldır və neqativ düşüncələrin yükünü zehindən uzaqlaşdırır.

60 dəqiqəlik yuxu zehni yorğunluğu azaltmağa kömək edir. 2008-ci ildə edilən araşdırma çərçivəsində günorta yatmayan və yatan şəxslərin funksional maqnetik rezonans görüntüləmə nəticələri müqayisə edilib. Aydın olub ki, günorta saatlarında müəyyən müddət ərzində yatan şəxslərin fiziki aktivliyi daha yüksək olur.

Bundan əlavə, qısamüddətli günorta yuxusu sizi stressdən uzaqlaşdırır və fiziki rahatlığa kömək olur. Ekspertlər hesab edir ki, günorta qısamüddətli yuxuya gedən şəxslər daha enerjili, gümrah və pozitiv olur. Bu şəxslər günorta yuxusunu almayanlara nəzərən yaradıcı, məhsuldar və diqqətli olur./Publika.az

Xəbər lenti