Xəzər Xəbər

Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadılıb

Cəmiyyət | 10:59 • 9 İyun 2020
Jurnalistika üzrə magistraturaya qeydiyyat uzadılıb

Magistraturaya jurnalistika üzrə 44 saylı proqram üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatın müddəti uzadılıb.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ilin qəbul imtahanındakı nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçimindən əvvəl, 10 iyun saat 10:00-dək Dövlət İmtahan mərkəzinin internet saytında qeydiyyatdan keçməli və qabiliyyət imtahanı verməlidirlər.


Qeyd edilib ki, qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın "Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Xəbər lenti