Xəzər Xəbər

TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi

Cəmiyyət | 10:55 • 9 İyun 2020
TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlara daha bir müraciət edib.

Müraciətdə bildirilir ki, virusdan qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edərkən bəzi qaydalara əməl etmək vacibdir:

"Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun, maska taxın. Əgər liftdə çox insan varsa, ora daxil olmayın, növbəti gedişi gözləyin. Həmçinin, lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın".

Xəbər lenti