Xəzər Xəbər

Bakı bulvarında İLK: Yeni pulsuz qurğular yerləşdirildi

Cəmiyyət | 16:27 • 8 İyun 2020
Bakı bulvarında İLK:

Bakı bulvarında daha uzaq məsafəni seyr etmək üçün 4 yeni müşahidə qurğusu quraşdırılıb. Qurğular yeni açılan "Dəniz Mall" Ticarət Mərkəzinin ərazisində yerləşdirilib.

Ticarət mərkəzindən Trend-ə verilən məlumata görə, müşahidə binoklları təqribən iki ay pulsuz işləyəcək:

"Dünya praktikasına baxsaq, görərik ki, bu qurğulardan istifadə bütün ölkələrdə pulludur. Ancaq ticarət mərkəzinin yeni açıldığını nəzərə alaraq biz onları bir müddət pulsuz etmişik. Hazırda binokllardan istifadə qiyməti müzakirə olunur. Dəqiq qiymət bu yaxınlarda müəyyənləşəcək".

Xatırladaq ki, "Dəniz Mall" iyunun birindən fəaliyyətə başlayıb. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti