Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr başlanıb

Cəmiyyət | 12:09 • 8 İyun 2020
Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələr başlanıb

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün onlayn müsahibələrə start verilib.


Bakı şəhəri üzrə Təhsil İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınmış uşaqların valideynlərinə (qanuni nümayəndələrinə) iyun ayının 1-dən etibarən şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb.


Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyun ayının 8-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

Müsahibələr (ənənəvi (canlı) və ya onlayn) bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə biləcəklər.

Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin keçiriləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarından irəli gələn tələblərə uyğun olaraq valideynlərin onlayn müsahibələrə üstünlük verməsi tövsiyə edilir.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti