Xəzər Xəbər

ÜST: COVID-19-a görə digər xəstələrin müalicəsi arxa plana keçib

Cəmiyyət | 19:35 • 1 İyun 2020
ÜST: COVID-19-a görə digər xəstələrin müalicəsi arxa plana keçib

Koronavirus pandemiyası bütün dünyada əksər xəstəliklərin müalicəsini arxa plana keçirib.


Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 155 ölkə üzrə apardığı sorğunun nəticələrində əksini tapıb. ÜST-nin rəhbəri Tedros Qebreyesus sorğu nəticələrini şərh edərkən bildirib ki, ölkələr COVID-19 xəstəliyinə qarşı mübarizə ilə yanaşı, qeyri-yoluxucu xəstəliklərlə bağlı tibbi xidməti təmin etmək üçün innovativ həll yolları tapmalıdırlar.


Sorğu aparılan ölkələrin 31 faizi kəskin ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin tibbi təminatını ya məhdudlaşdırmalı, ya da tamamilə dayandırmalı olublar. Ölkələrin 42 faizində xərçəng xəstələri, 49 faizində diabet xəstələri və 50 faizindən artıq ölkələrdə isə hipertoniya (yüksək qan təzyiqi) xəstələri həmişəki səviyyədə tibbi dəstəyi ala bilməyiblər. Reabilitasiya proqramları 63 faiz ölkədə məhdudlaşdırılıb. Müxtəlif xəstəliklərin profilaktik müayinəsi və erkən mərhələdə aşkarlanması üçün proqramlar da pandemiya dövründə azalıb.


Əksər hallarda müayinə və müalicə proseduru tibbi heyətin COVID-19 xəstəliyinə qarşı mübarizəyə səfərbər edilməsi, pasiyentlərin sərbəst hərəkət məhdudiyyətləri ilə əlaqədar xəstəxanalara gedə bilmədikləri və ya risk qrupuna daxil olduqları üçün getmək istəmədikləri üçün təxirə salınmalı olub. ÜST-dən bildirilib ki, hər il dünyada qeyri-yoluxucu xəstəliklərlə əlaqədar 41 milyon insan vəfat edir. Bu isə bütün ölüm hallarının 71 faizi deməkdir. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti