Xəzər Xəbər

Siqareti tərgitməyə mane olan vərdişlər

Cəmiyyət | 09:53 • 1 İyun 2020
Siqareti tərgitməyə mane olan vərdişlər

Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.

"İzvestiya”nın məlumatına görə, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıqİnstitutunun direktoru Oleq Zıkov deyib.

"Nikotin asılılığı xəstəliyinin abstinentsindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, - deyə, narkoloq bildirib.

Onun sözlərinə görə, insan nikotinin istifadəsinihansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.

Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.

Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır./oxu.az

Xəbər lenti