Xəzər Xəbər

“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

Cəmiyyət | 16:57 • 31 May 2020
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

"Microsoft" korporasiyasının "MSN" portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, avtomatlaşdırılmış sistemlər saytda yerləşdirilmək üçün xəbərlərin seçilməsi ilə məşğul olacaq. Hazırda başlıqlar və xəbərlərin mövzuları reportyorlar tərəfindən toplanılır.


Korporasiya nümayəndələrinin sözlərinə görə, jurnalistlərin süni intellektlə əvəzlənməsi biznesin aparılması üzrə qiymətləndirmədə yeni mərhələyə çevrilib. "Bu, bir sahədə investisiya artımına, digərində isə yenidən təşkilə səbəb ola bilər”, – deyə korporasiya nümayəndələri bu qərarın koronavirus pandemiyası ilə əlaqədar olduğunu bildiriblər.


"Seattle Times” nəşrinin məlumatına görə, iyunun sonunadək təxminən 50 nəfər işindən məhrum olacaq, lakin müəyyən jurnalist kollektivi saxlanılacaq. İşdən azad olunan jurnalistlərin sözlərinə görə, robotların redaksiya siyasəti barədə məlumatlı olmadığına görə saytda uyğun olmayan materiallar yerləşdirilə bilər.

Xəbər lenti