Xəzər Xəbər

Kolleclərə qəbul olmaq üçün 50 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Cəmiyyət | 14:59 • 31 May 2020
Kolleclərə qəbul olmaq üçün 50 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.


Xezerxeber.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 14:55-ə olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün 49 min 891 abituriyent elektron ərizəsini təsdiqlədib.


Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib. Onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Xəbər lenti