Xəzər Xəbər

Əlamətləri olmadan korluğa səbəb olan xəstəlik Yalnız bu halda...

Cəmiyyət | 17:46 • 26 May 2020
Əlamətləri olmadan korluğa səbəb olan xəstəlik

El arasında göz təzyiqi olaraq tanınan qlaukoma xəstəliyi gizli formada inkişaf edir. Xəstəlik daha çox göz müayinələri zamanı özünü büruzə verir.

Qlaukoma göz təzyiqinin artması ilə əlaqəli olaraq, çox həssas olan göz sinirinin məhv olması ilə nəticələnən bir xəstəlikdir.

Dünyada korluq səbəbləri arasında qlaukoma ikinci yeri tutur. Xəstəlik əsasən 40 yaşdan yuxarı insanlarda inkişaf etsə də, bəzi hallarda uşaqlarda özünü göstərir.

Nadir hallarda qlaukoma əlamətləri arasında miqren ağrısı və göz ətrafındakı işıqlar görünə bilər. Uşaqlarda xəstəliyin formalaşmaması üçün məktəb yaşlarınadək ən azı 3 dəfə müayinəyə aparmaq lazımdır.

Xəstəliyin mülaicəsi gecikərsə, ciddi problemlər yarana bilər. Göz təzyiqi aşağı olan insanlarda da xəstəliyə rast gəlinir. Miqren, aşağı və yüksək təzyiq, qan dövranı xəstəliklərində, diabet xəstələrində qlaukoma olma ehtimalı yüksəkdir. Bəzi göz dərmanları, udularaq qəbul edilən dərmanlar göz təzyiqinə və katarakta səbəb ola bilər. Ailəsində qlaukoma olan 40 yaşdan yuxarı insanlar mütləq ildə bir dəfə oftalmoloqa müraciət etməli və göz təzyiqləri ölçülməlidirlər.

Xəstəlik müalicə edilməzsə, korluğa səbəb olur və gözləri yenidən müalicə etmək mümkün olmur./Teleqraf.com

Xəbər lenti