Xəzər Xəbər

Peşə təhsili müəssisələrinə qəbul elektron qaydada keçiriləcək

Cəmiyyət | 13:20 • 14 May 2020
Peşə təhsili müəssisələrinə qəbul elektron qaydada keçiriləcək

Peşə təhsili müəssisələrinə qəbul 2020-2021-ci tədris ilindən etibarən həm də elektron qaydada həyata keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, bu fikri Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə təşkil etdiyi vebinarda qurumun Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib.


O bildirib ki, peşə təhsili müəssisələrinə qəbul prosesinin avqust ayında keçirilməsi nəzərdə tutulur. Texniki şəraiti imkan verən hər bir şəxs evdən çıxmadan məlumatlarını elektron qaydada daxil etməklə, 5 ixtisas seçərək peşə təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilər.


Zamin Bədirxanov vurğulayıb ki, texniki şəraiti olmayanları nəzərə alaraq qəbul ASAN xidmət mərkəzlərindən də aparılacaq.


Xatırladaq ki, vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin "Facebook” və "YouTube” səhifələrində yayımlanır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti