Xəzər Xəbər

Metrodan istifadə edənlərə XƏBƏRDARLIQ

Cəmiyyət | 14:33 • 13 May 2020
Metrodan istifadə edənlərə

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-dan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.


DİN-dən xezerxeber.az-a bildirilib ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.


Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar.


Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
412 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti