Xəzər Xəbər

Borcu olan 21 nəfər saxlanılıb

Cəmiyyət | 12:47 • 13 May 2020
Borcu olan 21 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 46 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Xəbər lenti