Xəzər Xəbər

UNICEF və RİİB koronavirus pandemiyası ilə bağlı televiziyalarda müzakirələr təşkil edəcək

Cəmiyyət | 11:49 • 13 May 2020
UNICEF və RİİB koronavirus pandemiyası ilə bağlı televiziyalarda müzakirələr təşkil edəcək

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi və "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə koronavirus (COVID-19) pandemiyası ilə bağlı riskli əhali qruplarının maarifləndirilməsi layihəsini həyata keçirir.


RİİB-dən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində televiziyalarda tok-şou formatında müzakirələrin aparılması, eləcə də müxtəlif maarifləndirici materialların könüllülərin dəstəyi ilə Bakı şəhəri və regionlarda paylanılması nəzərdə tutulur.


İlk müzakirə mayın 14-də saat 19:30-da İctimai TV-də "Sabaha saxlamayaq” proqramında təşkil olunacaq. Verilişdə "Pandemiya dövründə əhalinin psixoloji durumu” mövzusunda diskussiya aparılacaq.


Layihə çərçivəsində ümumilikdə 3 televiziya verilişində müzakirələr təşkil olunacaq.

Xəbər lenti