Xəzər Xəbər

Polis xüsusi əməliyyat keçirib, saxlanılan var

Cəmiyyət | 10:12 • 13 May 2020
Polis xüsusi əməliyyat keçirib, saxlanılan var

Paytaxtın Pirallahı rayon sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, idarəyə rayon ərazisində qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan 6 ədəd müxtəlif markalı mühərrikin oğurlandığını bildiriblər.


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində bu ilin fevral ayından başlayaraq Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib. Ümumilikdə isə Pərviz Şirinov cari ilin fevral-aprel ayları ərzində müxtəlif vaxtlarda 3 dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını bildirib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı onun oğurladığı mühərriklər aşkar olunaraq maddi sübüt kimi götürülüb və sahiblərinə qaytarılıb. Zərərçəkən şəxslər həyata keçirilən operativ əməliyyat-axtarış tədbirlərinə və oğurlanan mühərriklərin tapılaraq onlara qaytarılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.


Qeyd olunan faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə, həmçinin Xəzər dənizində qanun pozuntusuna yol verən şəxslərə qarşı mübarizə və əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti