Xəzər Xəbər

Etibarlıq müddəti bitən sənədlərin dəyişdirilməsinin vaxtı uzadılıb

Cəmiyyət | 13:39 • 9 Aprel 2020
 Etibarlıq müddəti bitən sənədlərin dəyişdirilməsinin vaxtı uzadılıb

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən və etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsinin vaxtı uzadılıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, xüsusi karantin rejimi dövründə vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq posportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş etibarnamələr xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılacaq.

Xəbər lenti