Xəzər Xəbər

Yuxudan niyə “kal” oyanırıq? Professor əsas SƏBƏBLƏRİ AÇDI

Cəmiyyət | 14:49 • 8 Aprel 2020
Yuxudan niyə “kal” oyanırıq?

Gecəni nikbin əhval-ruhiyyədə başa vursanız da, səhər oyandıqdan sonra süstlük, hər şeyə, hər kəsə qarşı aqressiya və yorğunluq hiss edirsiniz? Bu, çoxlarına tanış vəziyyətdir.

Oxucuları səhərlər yaranan süstlüyün səbəbləri ilə tanış edirik.

Kolumbiya Universitetinin tibb elmləri üzrə professoru Daniel Jodorkovskinin sözlərinə görə, sirkadiya yuxu ritmlərinin pozulması birbaşa əhval-ruhiyyəyə təsir göstərir. Bu, ən çox görülən problemlərdən biridir. Tədqiqatlar göstərib ki, yuxu pozğunluğu xüsusilə həzm sisteminə mənfi təsir edir, bu vəziyyətdə səhər yüngül ürəkbulanma hiss edirsiniz. Digər bir izahı qanda şəkər səviyyəsinin aşağı düşməsidir. Sağlam səhər yeməyi bu simptomları yüngülləşdirə bilər.

Səhv seçilmiş yastıq da ovqata təsir edir. Yastığın çox aşağı və ya həddindən artıq yüksək olması boyun fəqərələrinin yüklənməsinə və baş ağrılarına, eləcə də bədəndə turşu refleksinə səbəb olur.

Sözsüz ki, stressin təsirini danmaq olmaz. Narahatlıq və gərginlik sinir sistemini zədələyir, problemin həllini təxirə salır və nəticədə oyanmaq istəmirsiniz. Bu səbəbdən də bədən yataqdan durmağa mənfi reaksiya verir, günün ilk yarısı süstlük hiss edilir.

Bu vəziyyətdə səhər meditasiya etmək və ya beş dəqiqəlik gəzintiyə çıxmaq daha yaxşıdır. Bu, narahatlığı aradan qaldırır. Ancaq simptomlar daha ciddidirsə, müayinədən keçmək lazımdır.

publika.az

Xəbər lenti